Şrift ölçüsü:
Çap et
"Sabirabadxəbər" xəbər verir ki, Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov şəhid anası Şəkurə Qurbanovanın Göyçay Rayon Mərkəzi Xəstəxanası ilə bağlı müraciətini onunla birlikdə yerində araşdırıb.
Görüş zamanı şəhid anasının qaldırdığı məsələlər dinlənilib, mövcud vəziyyətlə yaxından tanış olunub və aidiyyəti qurum nümayəndələrinə müvafiq tapşırıqlar verilib.
Orxan Mürsəlov vətəndaş müraciətlərinə həssaslıqla yanaşıldığını qeyd edərək, xüsusilə şəhid ailələrinin problemlərinin operativ şəkildə həllinin daim diqqət mərkəzində saxlanıldığını vurğulayıb.
Qeyd edək ki, belə görüşlərin keçirilməsində əsas məqsəd vətəndaşların problemlərinin yerində öyrənilməsi və onların həlli istiqamətində operativ tədbirlərin görülməsidir.
Kopyalandı




