• 13.03.2026 » 17:00

Mil-Muğan Regional Təhsil İdarəsi və tabeliyində fəaliyyət göstərən sektorlar üzrə vətəndaş qəbulunun qrafiki

Mil-Muğan Regional Təhsil İdarəsi və tabeliyində fəaliyyət göstərən sektorlar üzrə vətəndaş qəbulunun qrafiki © sabirabadxeber.az
Şrift ölçüsü:


"Sabirabadxəbər" bildirir ki, Mil-Muğan Regional Təhsil İdarəsi tərəfindən vətəndaşların müraciətlərinin dinlənilməsi və mövcud məsələlərin operativ şəkildə həllinə köməklik göstərilməsi məqsədilə idarə və tabeliyində fəaliyyət göstərən sektorlar üzrə vətəndaş qəbulu keçirilib.

Qəbul zamanı vətəndaşların əsasən təhsil müəssisələrində işlə təminat, müəllimlərin yerdəyişməsi, məktəblərin maddi-texniki bazası, şagirdlərin təhsil prosesi ilə bağlı müraciətləri dinlənilib. Vətəndaşların qaldırdığı məsələlər diqqətlə araşdırılaraq bir qismi yerindəcə həll olunub, əlavə araşdırma tələb edən müraciətlər isə nəzarətə götürülərək aidiyyəti üzrə tapşırıqlar verilib.

Qeyd olunub ki, vətəndaşların müraciətlərinə həssas yanaşılması, onların problemlərinin vaxtında və obyektiv şəkildə araşdırılması təhsil sahəsində şəffaflığın və səmərəli idarəçiliyin təmin olunmasında mühüm rol oynayır.

Sonda bildirilib ki, vətəndaş qəbulları mütəmadi olaraq davam etdiriləcək və daxil olan müraciətlərə qanunvericiliyin tələblərinə uyğun şəkildə baxılacaq.




N.Quliyeva

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva