• 01.04.2026 » 12:20

Azərbaycan vətəndaşları Gürcüstandan deportasiya edildi - VİDEO

Azərbaycan vətəndaşları Gürcüstandan deportasiya edildi - VİDEO © sabirabadxeber.az
Şrift ölçüsü:

Gürcüstanın Daxili İşlər Nazirliyinin (DİN) Miqrasiya İdarəsi son günlər həyata keçirilən tədbirlər nəticəsində azərbaycanlılar da daxil 103 xarici vətəndaşı ölkədən deportasiya edib.

"Sabirabadxəbər" xəbər verir ki, bu barədə Gürcüstan DİN sosial şəbəkə hesabında məlumat yayıb.

Məlumata görə, idarə tərəfindən həyata keçirilən kompleks tədbirlər zamanı Türkiyə, Hindistan, Misir, Rusiya, Türkmənistan, Banqladeş, Pakistan, Özbəkistan, Çin, Azərbaycan, Nigeriya, Bolqarıstan, Qazaxıstan, Tacikistan, Qana, Konqo, Tailand və digər ölkələrin vətəndaşları ölkədən çıxarılıblar.

Xəbərdə bildirilir ki, cari ilin birinci rübündə Gürcüstandan 904 əcnəbi vətəndaş deportasiya edilib.

Mövcud qanunvericiliyə əsasən, deportasiya edilən şəxslərin yenidən ölkəyə girişinə qadağa qoyulub.


Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva