• 01.03.2026 » 16:36

İranın hücumu zamanı BƏƏ-də üç nəfər ölüb: Yaralananlar arasında azərbaycanlı da var

İranın hücumu zamanı BƏƏ-də üç nəfər ölüb: Yaralananlar arasında azərbaycanlı da var © sabirabadxeber.az
Şrift ölçüsü:

Fevralın 28-də İran tərəfindən hücumun başlamasından etibarən Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) zərbələr nəticəsində üç nəfər ölüb.


"SABİRABADXƏBƏR" TASS-a istinadən xəbər verir ki, bu barədə BƏƏ Müdafiə Nazirliyi məlumat yayıb.


Nazirlikdən bildiriblər ki, həlak olanlar arasında Pakistan, Nepal və Banqladeş vətəndaşları var. Müxtəlif dərəcəli bədən xəsarətləri alanların sayı 58 nəfərdir.


Yaralananlar arasında BƏƏ, Azərbaycan, Misir, Efiopiya, Filippin, Pakistan, İran, Hindistan, Banqladeş, Şri-Lanka, Yəmən, Uqanda, Eritreya, Livan və Əfqanıstan vətəndaşları var.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva