• 31.03.2026 » 21:59

"Avroviziya" mahnı müsabiqəsi Asiyada da keçiriləcək

"Avroviziya" mahnı müsabiqəsi Asiyada da keçiriləcək © sabirabadxeber.az
Şrift ölçüsü:

"Avroviziya" Beynəlxalq Mahnı Müsabiqəsi bu il Asiyada da keçiriləcək.

"Sabirabadxəbər" xəbər verir ki, bu barədə müsabiqənin rəsmi yayımçısı olan Avropa Yayım Birliyi məlumat yayıb.

Məlumata görə, 2026-cı ildə əsas "Avroviziya" ilə yanaşı, müsabiqənin Asiya versiyası da keçiriləcək. Bu müsabiqənin ilk ev sahibi Tailandın paytaxtı Banqkok olacaq və final noyabrın 14-də keçiriləcək.

Təşkilatçılar bildiriblər ki, bu, "Avroviziya"nın 70 illik yubileyi ilə əlaqədardır. "Avroviziya Asiya-2026" müsabiqəsində Banqladeş, Butan, Kamboca, Laos, Malayziya, Nepal, Filippin, Cənubi Koreya, Tailand və Vyetnam iştirak edəcək. Siyahının genişlənəcəyi gözlənilir.

Qeyd edək ki, 70-ci "Avroviziya-2026" mahnı müsabiqəsi Avstriyanın paytaxtı Vyanada keçiriləcək. Yarımfinallar mayın 12 və 14-də, final isə mayın 16-da ölkənin ən böyük qapalı arenası olan "Wiener Stadthalle"də baş tutacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva