🩸“Arzulara qanad verək” – qanvermə aksiyasına qoşulun!
"Sabirabadxəbər" bildirir ki, 17 aprel 2026-cı il tarixində “Ümumdünya Hemofiliya Günü” münasibətilə “Arzulara qanad verək” adlı qanvermə aksiyası keçiriləcək.
✅Aksiya talassemiya, hemofiliya və leykoz xəstəliklərindən əziyyət çəkən insanlar üçün qan ehtiyatının artırılmasına dəstək məqsədi daşıyır.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi hər kəsi bu nəcib təşəbbüsə qoşularaq ehtiyacı olanlara ümid olmağa dəvət edir.
Aksiyada iştirak etmək istəyən şəxslər şəxsiyyət vəsiqəsi ilə aşağıdakı ünvana yaxınlaşa bilərlər:
📍 Nəsimi rayonu, Feyzulla Qasımzadə 65 (Respublika Qan Bankının inzibati binası)
🕘 Vaxt: 10:00 – 19:00
Qeyd edək ki, yalnız sağlamlığı imkan verən şəxslər həkim müayinəsindən keçdikdən sonra qan verə bilərlər.
Bir damla qan – bir həyat deməkdir. Sən də qoşul, ümid ol!



