• 28.03.2026 » 16:13

Saxlanılan var‼️

Saxlanılan var‼️ © sabirabadxeber.az
Şrift ölçüsü:

Oğuz rayonunun Filfilli kəndi ərazisində 15 ədəd vələs ağacının kəsilməsi və təbiətə 6 min manata yaxın maddi ziyan vurulması ilə bağlı istintaq araşdırmaları aparılır.

“Sabirabadxəbər” xəbər verir ki, bu haqda DİN məlumat yayıb.

Bildirilib ki, polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə ağacları kəsməkdə şübhəli bilinən Xaçmaz kənd sakini, 21 yaşlı Nicat Süleymanov saxlanılıb.

Faktla bağlı Oğuz Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva