• 19.03.2026 » 15:48

"Quzuların erkən yaşda kəsilməsi təbii artımın qarşısını alır" - Deputat (VİDEO)

"Quzuların erkən yaşda kəsilməsi təbii artımın qarşısını alır" - Deputat (VİDEO) © sabirabadxeber.az
Şrift ölçüsü:

Milli Məclisin deputatı Aydın Hüseynov Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həyata keçirilən “Erkən kəsimə son” adlı maarifləndirici kampaniyasını dəstəkləyir.

"Sabirabadxəbər" xəbər verir ki, millət vəkilinin sözlərinə görə, bu kampaniya həm ərzaq, həm də qida təhlükəsizliyi baxımından xüsusi əhəmiyyət daşıyır.

Deputat qeyd edib ki, 6 ayı tamam olmamış quzuların kəsilməsi bir sıra problemlərin yaranmasına səbəb olur. Kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən şəxslər bu məsələyə daha həssas və məsuliyyətli yanaşmalıdırlar.

“Quzuların erkən yaşda kəsilməsi fermerlərə qısa müddətdə müəyyən gəlir gətirsə də, uzunmüddətli perspektivdə onların fəaliyyət imkanlarını məhdudlaşdırır. Xüsusilə dişi quzuların kəsilməsi təbii artımın qarşısını alır və heyvandarlığın inkişafına mənfi təsir göstərir”, - deyə deputat bildirib.

N.Quliyeva


Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva