• 28.03.2026 » 13:20

Dünya bu gün 1 saat işıqsız qalacaq

Dünya bu gün 1 saat işıqsız qalacaq © sabirabadxeber.az
Şrift ölçüsü:

Bu gün bütün dünyada “Yer saatı” (WWF) keçirilir.

"Sabirabadxəbər" xəbər verir ki, aksiya saat 20:30-da başlayacaq, 21:30-a qədər davam edəcək. Milyonlarla insan eyni anda işıqları söndürəcək, planetin durumuna diqqət çəkəcək. Hərəkat hər il martın son şənbəsi təkrarlanır.

2007-ci ildən bəri keçirilən bu kampaniya artıq sadəcə jest deyil, səssiz, amma güclü mesajdır. Bu il 20-ci dəfədir şəhərlər qaranlığa bürünəcək, məşhur binaların işıqları söndürüləcək, insanlar bir saatlıq enerji istifadəsini dayandıracaq, Yerə dəstək göstərəcək.

Qeyd edək ki, “Yer saatı” ilk dəfə 2007-ci ildə Avstraliyada başlayıb. Hazırda 188 ölkədə, 200 milyarddan çox insan aksiyada iştirak edir. Azərbaycan isə 26 mart 2011-ci ildən bu kampaniyaya qoşulub, ilk dəfə “Qız Qalası”nın işıqları söndürülüb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva