• 26.01.2026 » 18:00

Daha bir ölkə uşaqlara sosial şəbəkələri qadağan etməyə hazırlaşır

Daha bir ölkə uşaqlara sosial şəbəkələri qadağan etməyə hazırlaşır © sabirabadxeber.az
Şrift ölçüsü:

Fransa Prezidenti Emmanuel Makron ölkədə 15 yaşdan kiçik uşaqların sosial şənəkələrdən istifadəsini qadağan etməyə hazırlaşır.

“Sabirabadxəbər.az” məlumat verir ki, E.Makron bu barədə yerli “BFMTV” telekanalına təqdim etdiyi videoda danışıb. 

O, həmin videoda “Uşaqlarımızın beynini böyük texnologiya şirkətləri manipulyasiya edə bilməz” deyə vurğulayıb.

Bu qadağa isə Fransada bu ilin sentyabrından tətbiq edilə bilər. 

Qanun layihəsinə əsasən, qadağa instaqram, “TikTok”, “Snapchat”, yutub və digər sosial şəbəkələri əhatə edəcək. Həmçinin məktəblərdə mobil telefonların istifadəsinin də məhdudlaşdırılması planlaşdırılır.

Qeyd edək ki, Fransa bu təşəbbüsü Avstraliyanın sosial media qadağasına bənzər bir model əsasında həyata keçirməyi planlaşdırır. Burada məqsəd uşaqların sosial şəbəkələrdən istifadəsini tamamilə idarə olunan bir sistem çərçivəsinə salmaqdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva