• 27.03.2026 » 17:21

DİN -Təhlükəsizlik tədbirlərini davam etdirir - Video

DİN -Təhlükəsizlik tədbirlərini davam etdirir - Video © sabirabadxeber.az
Şrift ölçüsü:

Davam edən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Bakı şəhəri və respublikanın digər bölgələrində polis əməkdaşları gücləndirilmiş iş rejimində xidmət aparırlar.

“Sabirabadxəbər” xəbər verir ki, bu barədə  Daxili İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, intensiv yağıntılarla əlaqədar vətəndaşların təhlükəsizliyinin təmin edilməsi məqsədilə xidmətə əlavə polis naryadları cəlb olunub. Küçə və prospektlərdə nəqliyyatın hərəkəti Yol Patrul Xidməti əməkdaşları tərəfindən tənzimlənir.

Vətəndaşlara zəruri köməklik göstərilir, onların mənzil başına təhlükəsiz şəkildə çatmaları təmin olunur. Polisin müşayiəti ilə təhlükəsizlik tədbirləri hazırda davam etdirilir.


Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva