• 20.03.2026 » 17:15

Bakıdan bölgələrə rekord sayda sərnişin daşınması

Bakıdan bölgələrə rekord sayda sərnişin daşınması © sabirabadxeber.az
Şrift ölçüsü:

Martın 19-da Bakıdan bölgələrə rekord sayda sərnişin daşınıb.


"Sabirabadxəbər" xəbər verir ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA)  bildirilib ki, Novruz və Ramazan bayramları ilə əlaqədar bütün avtovağzal və avtostansiyalar ötən gündən gücləndirilmiş iş rejimində çalışır.


Martın 19-da Bakı Beynəlxalq Avtovağzal Kompleksindən 438 reys həyata keçirilib, 16 222 sərnişin rahat və təhlükəsiz şəkildə mənzil başına çatdırılıb. Bu, son illərin rekord göstəricisidir.


Adi günlərlə müqayisədə sərnişin tələbatını qarşılamaq üçün əlavə olaraq 200-dən çox reys həyata keçirilib.


Sərnişinlərin 57%-i biletlərini onlayn qaydada "biletim.az" portalından əldə edərək səfərlərini reallaşdırıb.


N.Səmədova

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva