• 27.03.2026 » 13:30

Kürdə 4 nəfər köməksiz vəziyyətdə qaldı

Kürdə 4 nəfər köməksiz vəziyyətdə qaldı © sabirabadxeber.az
Şrift ölçüsü:

Kür çayının Samux rayonu ərazisindən keçən hissəsində bir ailənin 4 üzvü köməksiz vəziyyətdə qalıblar.

"Sabirabadxəbər" in məlumatına görə, rayon sakinləri olan bir neçə nəfər Kürün ortasındakı adada odun yığmaq istəyən zaman suyun səviyyəsi qəfil qalxıb. Nəticədə onlar Kürün ortasında qalıblar.

Dərhal əraziyə FHN-in və adiyyatı qurumların əməkdaşları cəlb edilib.

Samuxda Kürdə köməksiz vəziyyətdə qalan şəxslərin adları məlum olub.

Yerli bürosunun məlumatına görə, həmin şəxslər bir ailənin 4 üzvü Gədəbəy rayon sakinləri, 1990-cı il təvəllüdlü E.Mustafayev, onun həyat yoldaşı 1996-cı il təvəllüdlü B.Quliyeva və onların övladları 2019-cu il təvəllüdü B.Mustafayeva, 2025-ci il təvəllüdlü A.Mustafayevdir.

Məlumata görə, həmin şəxslər qulançar, şomu və odun yığan zaman Kürdə köməksiz vəziyyətdə qalıblar.

Qeyd edək ki, ailə Kür ətrafında maldarlıqla məşğul olur.

Hazırda onların xilas edilməsi istiqamətində təxirəsalınmaz işlər aparılır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva