• 04.03.2026 » 11:38

Xəzər dənizində köməksiz vəziyyətdə qalan şəxslər xilas edildi

Xəzər dənizində köməksiz vəziyyətdə qalan şəxslər xilas edildi © sabirabadxeber.az
Şrift ölçüsü:

Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin sahil nəzarəti bölməsinə “Yamaha-55” markalı, “Mİ-912” bort nömrəli balıqçı qayığının mühərrikində yaranmış problemlə əlaqədar 2 nəfər heyət üzvünün köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

"SABİRABADXƏBƏR" xəbər verir ki, bu barədə  Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib. 

Qayığın və heyət üzvlərinin xilas edilməsi məqsədi ilə dövlət sərhədinin mühafizəsində olan sərhəd gəmisi koordinatlar üzrə dərhal həmin istiqamətə göndərilib.  

Keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində dənizdə köməksiz vəziyyətdə qalan Neftçala rayon sakinləri – 1977-ci il təvəllüdlü Rzayev Faiq Nadir oğlu və 1989-cu il təvəllüdlü Məhərrəmov Rauf Museyib oğlu sərhədçilər tərəfindən xilas edilərək təhlükəsiz şəraitdə sahilə çıxarılmışdır. 


Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva