• 24.03.2026 » 17:19

"Qarabağ Azərbaycana məxsusdur" - Simonyan jurnalistə sərt cavab verdi

"Qarabağ Azərbaycana məxsusdur" - Simonyan jurnalistə sərt cavab verdi © sabirabadxeber.az
Şrift ölçüsü:

Ermənistan parlamentinin sədri Alen Simonyan "Qarabağ" əvəzinə "Artsax" sözünü işlədən jurnalistə sərt cavab verib.


 "Sabirabadxəbər" xəbər verir ki, spiker media nümayəndələrinə iradını bildirib: "Niyə "Artsax" deyirsiniz? Bəs kimsə Ermənistanın bəzi ərazilərinə Azərbaycan adları verəndə niyə əsəbiləşirsiniz?".


Simonyandan bir vaxtlar özünün "Artsax" dediyini soruşduqda, spiker belə cavab verib: "Yanılmışam. O halda, xahiş edirəm, hansısa ölkədə kimsə Yerevanı İrəvan, Sevanı isə başqa cür adlandıranda narahat olmayın".


Jurnalistlərin Sevanın Ermənistan ərazisi olması ilə bağlı şərhlərinə parlamentin spikeri belə cavab verib: "Qarabağ da Azərbaycana məxsusdur".


N.Səmədova

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva