• 24.03.2026 » 09:20

“Azeri Light”ın qiyməti 116 dollara düşdü

“Azeri Light”ın qiyməti 116 dollara düşdü © sabirabadxeber.az
Şrift ölçüsü:

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan nefti ucuzlaşıb.

“Sabirabadxəbər” xəbər verir ki, neftimizin 1 barelinin qiyməti 6,85 ABŞ dolları və ya 5,57 % azalaraq 116,05 ABŞ dolları təşkil edib.

Ötən gün neftimiz 122,9 ABŞ dollarına ticarət edilib.

Xatırladaq ki, “Azeri Light”ın ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları qeydə alınıb.

Builki dövlət büdcəsində “Azeri Light”ın 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

N.Quliyeva

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva