• 21.03.2026 » 23:10

Yevlaxda Novruz tamaşası nümayiş olunub

Yevlaxda Novruz tamaşası nümayiş olunub © sabirabadxeber.az
Şrift ölçüsü:

Novruz bayramına həsr olunmuş tamaşa nümayiş etdirilib


"Sabirabadxəbər" xəbər verir ki, Martın 19-da Yevlax şəhər Mədəniyyət Mərkəzinin filialı Yaradıcılıq evinin nəzdində fəaliyyət göstərən B. Səfəroğlu adına Xalq Teatrının təqdimatında “Saçları səməni oğlan” adlı tamaşa nümayiş etdirilib.

Yevlax şəhər Yaradıcılıq evində təqdim olunan tamaşanı şəhər İcra Hakimiyyətinin, idarə və təşkilatların məsul əməkdaşları, uşaqlar, eləcə də şəhid və qazi övladları izləyiblər. 

Baharın gəlişini, yeniliyi və dirçəlişi özündə əks etdirən tamaşa uşaqlara xoş ovqat bəxş edib.

Quruluşçu rejissoru Leyla Abdullayeva olan “Saçları səməni oğlan” tamaşasında milli adət-ənənələrimiz, Novruzun zəngin dəyərləri səhnə dili ilə tamaşaçılara çatdırılıb.

Tamaşa iştirakçılar, xüsusilə də uşaqlar tərəfindən böyük rəğbət və alqışlarla qarşılanıb, onlara unudulmaz bayram təəssüratı yaşadıb.


N.Səmədova


Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva