• 19.03.2026 » 20:46

ASAN xidmət" mərkəzlərindəki digər dövlət orqanları işçilərinin sosial müdafiəsi gücləndirilib

ASAN xidmət" mərkəzlərindəki digər dövlət orqanları işçilərinin sosial müdafiəsi gücləndirilib © sabirabadxeber.az
Şrift ölçüsü:

Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və onun tabeliyindəki "ASAN xidmət" mərkəzlərində fəaliyyət göstərən digər dövlət orqanları işçilərinin sosial müdafiəsi gücləndirilib.


 "Sabirabadxəbər" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.


Fərmanla Dövlət Agentliyi və onun tabeliyindəki "ASAN xidmət" mərkəzlərində fəaliyyət göstərən digər dövlət orqanları işçilərinin mükafatlandırılması məqsədilə 26 milyon 600 min manat məbləğində vəsait hər il növbəti il üçün təsdiq olunan dövlət büdcəsində nəzərdə tutulub.


Agentlik tələb olunan vəsaitin növbəti ilin dövlət büdcəsində nəzərdə tutulması üçün təkliflərini hər il iyulun 1-dək Maliyyə Nazirliyinə təqdim edəcək.


N.Səmədova


Fərman 2026-cı il yanvarın 1-dən tətbiq edilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva