• 19.03.2026 » 16:28

Həccə getmək istəyənlərə xəbərdarlıq - RƏSMİ

Həccə getmək istəyənlərə xəbərdarlıq - RƏSMİ © sabirabadxeber.az
Şrift ölçüsü:

Azərbaycandan Həcc ziyarətinə gedənlər üçün ayrılan kvotanın artıq böyük hissəsi dolub.

 "Sabirabadxəbər" xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc üzrə elektron sistemin rəhbəri Vüsal Cahangiri bildirib.

O qeyd edib ki, kvotanın 90 faizindən çoxu artıq tutulub:

“Kvota dolduqdan sonra heç kimdən sənəd qəbul olunmur. Sənəd qəbulu kvota tamamlana kimi davam edəcək. Hər bölgədən müraciət edənlər var”.

Şöbə müdiri söyləyib ki, keçən illərə nisbətən Azərbaycandan Həcc ziyarətinə gedənlər üçün ayrılan kvota nisbətən azaldılıb.

N.Quliyeva

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva