• 15.02.2026 » 12:42

QMİ-dən həcc ziyarətinə hazırlaşanlara XƏBƏRDARLIQ

QMİ-dən həcc ziyarətinə hazırlaşanlara XƏBƏRDARLIQ © sabirabadxeber.az
Şrift ölçüsü:

2026-cı il üzrə həcc mövsümü üçün sənəd qəbulunun müddəti uzadılıb".

Bu barədə Oxu.Az-a istinadən "Sabirabadxəbər.az" xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sistem rəhbəri Vüsal Cahangiri məlumat verib:Səudiyyə Ərəbistanı Krallığının Həcc və Ümrə Nazirliyindən gələn təlimatlara əsasən, habelə, xaricdə və bölgələrdə yaşayan vətəndaşlarımızın çoxsaylı müraciətlərini nəzərə alaraq, builki həcc mövsümü üçün sənəd qəbulunun müddəti tərəfimizdən mart ayının 7-dək uzadılıb.

Vətəndaşlarımızdan xahiş edirik ki, gec qalmasınlar, göstərilən tarixdən sonra bir daha müddət uzadılmayacaq", - deyə o bildirilib.

Xatırladaq ki, QMİ 2026-cı il həcc mövsümündə bir nəfər üçün ziyarət paketinin qiymətini 6 100 ABŞ dolları müəyyən edib. Ziyarət vahid formada təşkil olunacaq və hava nəqliyyatı ilə həyata keçiriləcək

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva