"Sabirabadxəbər" məlumat verir ki, Salyan Tarix-Diyarşünaslıq Muzeyində Azərbaycanın Milli Qəhrəmanı Nazim Babayevin anım gününə həsr olunan tədbir keçirilib.
Tədbirdə Ümummilli lider Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra qəhrəmanın həyat və döyüş yoluna həsr olunan videoçarx nümayiş etdirilib.
Çıxış edənlər Nazim Babayevin Vətənə sədaqətindən, qəhrəmanlığından və Birinci Qarabağ müharibəsində göstərdiyi igidlikdən bəhs edərək onun gənc nəsil üçün örnək olduğunu vurğulayıblar.
Milli Qəhrəmanın anası Laçın Babayeva tədbir iştirakçılarına təşəkkürünü bildirib. Daha sonra muzeydə təşkil olunan sərgiyə baxış keçirilib və Şəhidlər Xatirə Kompleksində qəhrəmanın abidəsi ziyarət olunub.
N.Quliyeva








