"Sabirabadxəbər" bildirir ki, Biləsuvar şəhər Orxan Əkbərov adına Uşaq İncəsənət Məktəbinin təşkilatçılığı ilə Novruz bayramına həsr olunan “Novruz sevinci” adlı bayram konserti keçirilib.
Biləsuvar rayon Gənclər Evində baş tutan tədbirdə Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin əməkdaşları, YAP Biləsuvar rayon təşkilatının sədri, mədəniyyət müəssisələrinin rəhbərləri, müəllimlər, şagirdlər və valideynlər iştirak ediblər.
Konsert proqramından əvvəl məktəbin rəssamlıq sinfi şagirdlərinin Novruz bayramına həsr olunan rəsm əsərləri və əl işlərindən ibarət sərgiyə baxış keçirilib.
Tədbirin bədii hissəsində məktəbin şagirdlərinin ifasında müxtəlif musiqi nömrələri və rəqs çıxışları təqdim olunub. Konsert tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
N.Quliyeva













