• 16.03.2026 » 21:00

İynə vurulan 38 yaşlı qadın öldü

İynə vurulan 38 yaşlı qadın öldü © sabirabadxeber.az
Şrift ölçüsü:

Abşeron rayonunda 38 yaşlı qadın iynə vurulduqdan sonra ölüb.


" "Sabirabadxəbər" xəbər verir ki, hadisə Masazır qəsəbəsində qeydə alınıb.


İlkin məlumata görə, 1988-ci il təvəllüdlü Xəyalə Əliyeva səhhətində yaranan narahatlıq səbəbindən Abşeron Rayon Mərkəzi Xəstəxanasına müraciət edib. Bildirilib ki, tibb müəssisəsində ona iynə vurulub.


Qadın daha sonra yaşadığı evə qayıtsa da, bir müddət sonra vəziyyəti qəfil pisləşib. Görülən tədbirlərə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.


Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.


N.Səmədova

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva