• 14.03.2026 » 14:52

İşlədiyi yerdən 9 min dollarlıq fotoaparat oğurladı

İşlədiyi yerdən 9 min dollarlıq fotoaparat oğurladı © sabirabadxeber.az
Şrift ölçüsü:

Paytaxtın Nəsimi rayonu ərazisində yerləşən ofislərin birindən orada çalışan şəxsə məxsus 9000 dollar dəyərində fotoaparatın oğurlanması ilə bağlı polisə müraciət daxil olub.


“Sabirabadxəbər” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.


Məlumata görə, Araşdırmalarla fotoaparatın zərərçəkmişlə eyni ofisdə çalışan həmkarı tərəfindən oğurlanması müəyyən edilib.


Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 35 yaşlı K. Hətəmova saxlanılıb.


Fakt üzrə araşdırma aparılır.


N.Səmədova

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva