• 04.03.2026 » 19:17

Bank əməkdaşı" vətəndaşın 10 mindən çox pulunu ələ keçirdi

Bank əməkdaşı" vətəndaşın 10 mindən çox pulunu ələ keçirdi © sabirabadxeber.az
Şrift ölçüsü:

Nəsimi rayonu ərazisində bir nəfər polisə müraciət edərək bank kartındakı vəsaitin talandığını bildirib.

"SABİRABADXƏBƏR" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, özünü bank əməkdaşı kimi təqdim edən şəxs naməlum nömrədən vətəndaşa zəng edərək onun kartına müdaxilə olunduğunu bildirib və kömək adı ilə kart məlumatlarını istəyib. Bilgiləri həmin şəxsə göndərəndən sonra zərərçəkənin 13 min manatı ələ keçirilib.

Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 38 yaşlı A.Zaliyev müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva