• 13.03.2026 » 20:28

Sabirabad sakini cadunun təsirindən “Tik Tok”da söyüş söydüyünü iddia edir

Sabirabad sakini cadunun təsirindən “Tik Tok”da söyüş söydüyünü iddia edir © sabirabadxeber.az
Şrift ölçüsü:

Sabirabadda 34 yaşlı şəxs cadunun təsirindən sosial şəbəkələrdə söyüş söydüyünü iddia edir.


"Sabirabadxəbər"  xəbər verir ki, Sabirabad sakini, 1992-ci il təvəllüdlü Cəlil Süleymanov (ad-soyad şərti verilib – red.) internet informasiya ehtiyatında sosial şəbəkədə cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edib.


Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510.2-ci maddəsi ilə ittiham elan edilib.


İş üzrə ifadə verən Süleymanov elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində özünə məxsus “Tik Tok” sosial şəbəkəsində nalayiq ifadələr işlətməsinin səbəbini belə izah edib: “Bu nalayiq ifadələri yönəltdiyim şəxslərin mənə etdikləri cadu əməllərdir. Nalayiq ifadələri işlədən zaman cadunun təsiri altında oluram. Özümə gələndən sonra əməlimdən peşman olaraq həmin paylaşımları silirəm. Hazırda da əməlindən peşmanam”.


Sabirabad Rayon Məhkəməsinin qərarı ilə Süleymanov 10 gün müddətinə həbs edilib.


N.Səmədova

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva