• 09.03.2026 » 10:20

Abşeronda qadının görüntülərini yayan 29 yaşlı oğlan cərimə edildi

Abşeronda qadının görüntülərini yayan 29 yaşlı oğlan cərimə edildi © sabirabadxeber.az
Şrift ölçüsü:

Abşeron rayonunda qadının intim görüntülərini sosial şəbəkədə yayan şəxs inzibati məsuliyyətə cəlb edilib.

"SABİRABADXƏBƏR" xəbər verir ki, Bakı şəhər sakini, 1997-ci il təvəllüdlü Əfqan Vəliyev (ad-soyad şərti verilib – red.) “Tik-tok” sosial şəbəkəsində saxta hesab yaradıb və Aydan adlı qız ilə olan intim şəkilləri sosial şəbəkədə paylaşıb.

Vəliyevin barəsində İnzibati Xətalar Məcəlləsinin 510.2-ci (internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə görə) maddəsi ilə ittiham elan edilib.

Vəliyev ona elan olunan ittiham üzrə özünü təqsirli bilib. O, əməlindən peşman olduğunu qeyd edib: “Bir daha belə əməllərə yol verməyəcəyimə söz verirəm. Zərərçəkmiş şəxs ilə barışmışam”.

Abşeron Rayon Məhkəməsinin qərarı ilə Vəliyev 500 manat miqdarında cərimə olunub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva