• 13.03.2026 » 15:46

"Bütün vətəndaşların maaş və pensiyalarında artım qeydə alınıb"

"Bütün vətəndaşların maaş və pensiyalarında artım qeydə alınıb" © sabirabadxeber.az
Şrift ölçüsü:

2025-ci ildə iqtisadiyyatımız daha da böyüyüb, iqtisadi müstəqilliyimiz möhkəmlənib, əhalinin sosial rifahı daha da yüksəlib. Ötən il minimum pensiya 14,3% artaraq 320 manata, minimum əməkhaqqı 16% artaraq 400 manata çatdırılıb. Bütün vətəndaşların maaşlarında və pensiyalarında artım qeydə alınıb, 3 milyondan çox vətəndaşımızın sosial rifah halının yüksəlməsi təmin edilib".

"Sabirabadxəbər" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında məruzəsinin müzakirəsi zamanı parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

"Hesabat ilində orta aylıq əməkhaqqı 9,3% artaraq 1103 manata çatıb, orta aylıq pensiya 540 manat, yaşa görə əmək pensiyası isə 576 manat təşkil edib. 2025-ci ildə inflyasiya 5,6% olub. Ötən ildə maaşların və pensiyaların artım tempi inflyasiya göstəricisini üstələyib".

N.Quliyeva

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva