• 13.03.2026 » 14:08

İşğaldan azad edilmiş ərazilərdə investisiya müsabiqəsi elan olunur

İşğaldan azad edilmiş ərazilərdə investisiya müsabiqəsi elan olunur © sabirabadxeber.az
Şrift ölçüsü:

Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 27 noyabr tarixli 236 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində kənd təsərrüfatı təyinatlı torpaqların sahibkarlıq subyektlərinə icarəyə verilməsi üzrə investisiya müsabiqələrinin keçirilməsi Qaydaları”na uyğun olaraq işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatı təyinatlı torpaqların sahibkarlıq subyektlərinə icarəyə verilməsi prosesi davam etdirilir.

"Sabirabadxəbər" xəbər verir ki, 2025-ci il 15 dekabr tarixində işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatı təyinatlı torpaqların sahibkarlıq subyektlərinə icarəyə verilməsi üzrə II investisiya müsabiqəsi elan edilib, sənəd qəbulu prosesi 5 fevral tarixində yekunlaşıb. Müsabiqədə iştirak üçün ümumilikdə 162 sahibkarlıq subyekti müraciət edib. 

2026-cı il fevralın 27-də II investisiya komissiyasının müsabiqənin yekunlarına həsr olunmuş iclası keçirilib, iclasda müsabiqə iştirakçıları və qaliblərin siyahısı təsdiqlənib. Müsabiqə iştirakçısı hesab edilən sahibkarlıq subyektləri nəticələrlə bağlı sms vasitəsilə məlumatlandırılıblar. Qalib elan edilmiş sahibkarlıq subyektlərinin məlumatlandırılması prosesi isə mərhələli şəkildə davam etdirilir.

N.Quliyeva

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva