• 11.03.2026 » 00:16

Şimali Kipr Türk Respublikasının baş naziri Bakıya dəvət edilib

Şimali Kipr Türk Respublikasının baş naziri Bakıya dəvət edilib © sabirabadxeber.az
Şrift ölçüsü:

Şimali Kipr Türk Respublikasının (ŞKTR) Baş naziri Ünal Üstel Bakıda keçiriləcək Türk Dövlətləri Təşkilatının (TDT) hökumət başçıları və vitse-prezidentlərinin ikinci toplantısına dəvət olunub.


"Sabirabadxəbər" xəbər verir ki, bu barədə Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz "X" sosial şəbəkə hesabında TDT-nin baş katibi Kubanıçbek Ömüraliyevlə görüşünə dair etdiyi paylaşımda bildirib.


Onun sözlərinə görə, Ü.Üstelin Bakıya dəvət olunmasını Türk dünyası həmrəyliyinin təbii təzahürüdür:


"Türk dünyasının üz-üzə olduğu regional və qlobal haisələr qarşısında birgə hərəkət etməsi və dövlətlər arası koordinasiyanın artması həyati əhəmiyyət kəsb edir".


Xatırladaq ki, cari ilin aprelin 2-də Bakıda Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökumət başçılarının/vitse-prezidentinin ikinci görüşü keçiriləcək.


Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva