• 08.03.2026 » 18:00

Şəhid Zamin Dadaş oğlu Balakişiyevin şəhadətinin 5-ci ildönümü qeyd olunub

Şəhid Zamin Dadaş oğlu Balakişiyevin şəhadətinin 5-ci ildönümü qeyd olunub © sabirabadxeber.az
Şrift ölçüsü:

Sabirabad rayon Qaralar kəndində 8 mart tarixində Şəhid Zamin Dadaş oğlu Balakişiyevin şəhadətinin 5-ci ildönümü qeyd olunub.

Bununla bağlı anım mərasimi təşkil edilib. "Sabirabadxəbər" xəbər verirki, Tədbirdə rayon rəhbərliyi, şəhid ailələri, qazilər, müharibə iştirakçıları, kənd sakinləri və məktəblilər iştirak ediblər. Çıxış edənlər şəhidlərin Vətən uğrunda göstərdikləri qəhrəmanlıqlardan bəhs edərək onların xatirəsinin hər zaman əziz tutulduğunu bildiriblər.

Anım mərasimində məktəblilər də fəal iştirak edərək şəhidlərin xatirəsinə həsr olunmuş şeirlər səsləndiriblər. Şəhidlərin qəhrəmanlıq yolunun gənc nəsil üçün örnək olduğu xüsusi vurğulanıb.

Qeyd edək ki, Zamin Dadaş oğlu Balakişiyev Vətən uğrunda canından keçərək şəhidlik zirvəsinə ucalıb və onun xatirəsi hər zaman ehtiramla yad edilir.


Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva