Şrift ölçüsü:
Çap et
Sabirabad Dövlət Sosial-İqtisadi Kollecində 8 Mart Beynəlxalq Qadınlar Günü qeyd olunub.
"Sabirabadxəbər" xəbər verirki, Bayram münasibətilə kollecdə səmimi və xoş ab-havalı tədbir təşkil edilib. Tədbir zamanı kollecin direktoru Kamran Nəsirov çıxış edərək kollecin xanım əməkdaşlarını bu əlamətdar gün münasibətilə təbrik edib, onlara fəaliyyətlərində uğurlar, ailə həyatlarında xoşbəxtlik və möhkəm cansağlığı arzulayıb.
Tədbir çərçivəsində bayram tortu kəsilib, kollecin müəllim və əməkdaşları ilə birlikdə xatirə şəkilləri çəkilib. Sonda isə bayram münasibətilə kollecin əməkdaşlarının əməyinin qiymətləndirilməsi və həvəsləndirilməsi məqsədilə onların əməkhaqqı kartlarına əlavə mükafat vəsaiti köçürülüb.
Kopyalandı







