• 05.03.2026 » 13:22

İranın dronlarından biri Naxçıvanda sağlamlıq mərkəzinə düşdü-Video

İranın dronlarından biri Naxçıvanda sağlamlıq mərkəzinə düşdü-Video © sabirabadxeber.az
Şrift ölçüsü:

Xəbər verdiyimiz kimi, Naxçıvan Beynəlxalq Hava Limanı İran tərəfindən dron hücumuna məruz qalıb.

"SABİRABADXƏBƏR" xəbər verir ki, Naxçıvan istiqamətinə 3 dron zərbəsi endirildiyi bildirilir. Onlardan biri Naxçıvan Beynəlxalq Hava Limanının yaxınlığına düşüb.

Hücumdan sonra Naxçıvanda yerli əhali arasında təşviş yaranıb, bəzi sakinlər ehtiyat məqsədilə açıq ərazilərə çıxıblar.

Həmçinin dron hücumu ilə əlaqədar hava limanına yaxın ərazidə yerləşən məktəblərdə müəllim və şagirdlər təhlükəsizlik məqsədilə təxliyə edilib.

Əldə etdiyimiz məlumata görə, dronlardan digəri isə Naxçıvanda yerləşən “Duzdağ” Fizioterapiya Mərkəzinin yerləşdiyi əraziyə düşüb.

Qeyd edək ki, Naxçıvandakı “Duzdağ” Fizioterapiya Mərkəzi Naxçıvan Beynəlxalq Hava Limanından təxminən 18 km məsafədə yerləşir.


Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva