Xəbər verdiyimiz kimi, Naxçıvan Beynəlxalq Hava Limanı İran tərəfindən dron hücumuna məruz qalıb.
"SABİRABADXƏBƏR" xəbər verir ki, Naxçıvan istiqamətinə 3 dron zərbəsi endirildiyi bildirilir. Onlardan biri Naxçıvan Beynəlxalq Hava Limanının yaxınlığına düşüb.
Hücumdan sonra Naxçıvanda yerli əhali arasında təşviş yaranıb, bəzi sakinlər ehtiyat məqsədilə açıq ərazilərə çıxıblar.
Həmçinin dron hücumu ilə əlaqədar hava limanına yaxın ərazidə yerləşən məktəblərdə müəllim və şagirdlər təhlükəsizlik məqsədilə təxliyə edilib.
Əldə etdiyimiz məlumata görə, dronlardan digəri isə Naxçıvanda yerləşən “Duzdağ” Fizioterapiya Mərkəzinin yerləşdiyi əraziyə düşüb.
Qeyd edək ki, Naxçıvandakı “Duzdağ” Fizioterapiya Mərkəzi Naxçıvan Beynəlxalq Hava Limanından təxminən 18 km məsafədə yerləşir.