• 05.03.2026 » 12:32

Gəncədə türkiyəli iş adamı evində ölü tapıldı - Foto

Gəncədə türkiyəli iş adamı evində ölü tapıldı - Foto © sabirabadxeber.az
Şrift ölçüsü:

Gəncədə fəaliyyət göstərən xarici tikinti şirkətlərindən birinin rəhbəri vəfat edib.

“SABİRABADXƏBƏR” xəbər verir ki, Türkiyə vətəndaşı Mustafa Karabelanın Gülüstan yaşayış massivində yaşadığı evdə meyiti tapılıb.

Meyitin üzərində zorakılıq əlamətləri aşkar edilməyib. İlkin ehtimallara görə, 40 yaşlı iş adamı ürəktutmadan həyatını itirib.

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma başlanılıb.

Məlumat üçün bildirək ki, mərhum Gəncə şəhərində avtomobil yollarının asfaltlanması işlərini həyata keçirən “DKT İnşaat Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycandakı filialının rəhbəri olub.


Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva