• 04.03.2026 » 12:02

Vüqar Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti Ankarada rəsmi səfərdədir

Vüqar Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti Ankarada rəsmi səfərdədir © sabirabadxeber.az
Şrift ölçüsü:

Vüqar Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti Ankarada rəsmi səfərdədir


"SABİRABADXƏBƏR" xəbər verir ki, Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Vüqar Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə Respublikasının paytaxtı Ankara şəhərində rəsmi səfərdədir.


Səfər çərçivəsində V.Mustafayev Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Gülər, həmçinin Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgün ilə görüşlər keçirib.


Görüşlərdə Azərbaycan və Türkiyə arasında müdafiə sənayesi sahəsində əməkdaşlığın cari vəziyyəti və daha da inkişaf etdirilməsi, həmçinin qarşılıqlı təcrübə mübadiləsinin artırılması və yeni layihələrin həyata keçirilməsi istiqamətində müzakirələr edilib.


Əməkdaşlığın gücləndirilməsinin iki qardaş ölkənin təhlükəsizlik və müdafiə sahələrində mühüm əhəmiyyət kəsb etdiyi vurğulanaraq, müasir texnologiyaların və müdafiə sistemlərinin tətbiqi və inkişaf etdirilməsi mövzusunda fikir mübadiləsi aparılıb. 


Görüşlər zamanı tərəflər müdafiə sənayesi sahəsində elmi mübadilə, birgə təlimlər və strateji layihələr üzrə işbirliyinin dərinləşdirilməsi haqda danışıblar.


Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva