• 03.03.2026 » 14:50

Qoşqar Təhməzli Şirvanda vətəndaşları qəbul edəcək

Qoşqar Təhməzli Şirvanda vətəndaşları qəbul edəcək © sabirabadxeber.az
Şrift ölçüsü:

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi-nin sədri Qoşqar Təhməzli 12 mart tarixində Şirvan şəhərində vətəndaşları qəbul edəcək. Qəbul zamanı qida təhlükəsizliyi, sahibkarlıq subyektlərinin fəaliyyəti, sanitar-gigiyenik qaydalar, eləcə də vətəndaşları maraqlandıran digər məsələlər müzakirə olunacaq.

Görüşün əsas məqsədi regionlarda fəaliyyət göstərən sahibkarların problemlərinin yerində araşdırılması, qida məhsullarının təhlükəsizliyi sahəsində mövcud vəziyyətin dəyərləndirilməsi və vətəndaş müraciətlərinin operativ şəkildə həllinə nail olmaqdır.

Qəbulda iştirak etmək istəyən vətəndaşlar əvvəlcədən qeydiyyatdan keçərək müraciətlərini təqdim edə bilərlər. Müraciətlərdə qaldırılan məsələlərin ətraflı araşdırılması və qanunvericiliyə uyğun həlli istiqamətində müvafiq tapşırıqlar veriləcək.

Qəbul üçün Agentliyin regional bölməsi və ya Şirvan şəhər nümayəndəliyinə və yaxuda 

 📞 1003 nömrəsinə zəng edib adınızı qeyd etdirə bilərsiniz.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva