• 03.03.2026 » 12:14

Rəşad İsmayılov 12 mart Şabranda

Rəşad İsmayılov  12 mart Şabranda © sabirabadxeber.az
Şrift ölçüsü:

Rəşad İsmayılov 12 mart tarixində Şabran rayonunda vətəndaşlarla görüş keçirəcək. Görüşün əsas məqsədi region sakinlərinin ekoloji məsələlərlə bağlı müraciətlərini dinləmək, mövcud problemləri yerində araşdırmaq və onların həlli istiqamətində operativ tədbirlərin görülməsidir.

Nazirin səfəri çərçivəsində ətraf mühitin mühafizəsi, meşə fondunun qorunması, su ehtiyatlarının səmərəli istifadəsi və digər aktual ekoloji mövzular müzakirə olunacaq. Vətəndaşların fərdi müraciətləri, təklif və şikayətləri diqqətlə dinləniləcək, aidiyyəti qurumlara müvafiq tapşırıqlar veriləcək.

Qeyd edək ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən bölgələrdə mütəmadi olaraq vətəndaş qəbulları təşkil olunur. Bu cür görüşlər əhalinin problemlərinin operativ həllinə, eyni zamanda dövlət-vətəndaş münasibətlərinin daha da möhkəmlənməsinə xidmət edir.

Şabran və Xaçmaz, Siyəzən , Xızı sakinləridə 12 mart tarixində keçiriləcək qəbulda iştirak edərək ekoloji məsələlərlə bağlı müraciətlərini birbaşa nazirə çatdıra biləcəklər

Şabran Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayaraq siyahıya düşmək mümkündür.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva