"SABİRABADXƏBƏR" xəbər verir ki , – Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) strukturuna daxil olan “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Azər Məmmədov 6 mart Lənkəranda vətəndaşları qəbul edəcək .
Görüş zamanı Lənkəran sakinlərinin qaz təchizatı, xidmət keyfiyyəti və digər sosial-kommunal məsələlərlə bağlı müraciətlərinə baxılacağı gözlənilir. Vətəndaşların qaldırdığı problemlərin səlahiyyətlər çərçivəsində araşdırılması və müvafiq tədbirlərin görülməsi nəzərdə tutulur.
Qeyd edək ki, belə görüşlər dövlət qurumları ilə vətəndaşlar arasında əlaqələrin möhkəmləndirilməsinə, problemlərin yerində həllinə və xidmət keyfiyyətinin yüksəldilməsinə töhfə verir.
Görüşə Lənkəran ,Astara və Lerik sakinləridə yazıla bilər.
Rəsmi müraciəti Azəriqaz İstehsalat Birliyi-nin mərkəzi aparatına göndərmək və yaxudda yerli orqanlarada yaxınlaşmaq olar.



