• 02.03.2026 » 09:07

Tramp müharibənin bu vaxtadək davam edəcəyini açıqladı

Tramp müharibənin bu vaxtadək davam edəcəyini açıqladı © sabirabadxeber.az
Şrift ölçüsü:

ABŞ prezidenti Donald Trump İranla bağlı hərbi əməliyyatların müddəti barədə yeni açıqlama verib.

"SABİRABADXƏBƏR" Tramp "Daily Mail" nəşrinə müsahibəsində bildirib ki, İrana qarşı hücumlar təxminən dörd həftə davam edə bilər. Onun sözlərinə görə, bu müddət əvvəlcədən planlaşdırılıb.

“Bu proses dörd həftəlikdir.  Təxminən dörd həftə çəkəcəyini proqnozlaşdırdıq", - deyə Tramp vurğulayıb.

O, İranın böyük coğrafiyaya malik olduğunu qeyd edərək əməliyyatların dörd həftə və ya daha az davam edə biləcəyini bildirib. 

Bundan əvvəl İsrail rəsmisi hücumların “ilk mərhələsinin” dörd gün davam etməsinin planlaşdırıldığını açıqlamışdı.  

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva