• 28.02.2026 » 17:56

Camid Mövsümovun ölkədən çıxışına "stop" qoyuldu

Camid Mövsümovun ölkədən çıxışına  "stop" qoyuldu © sabirabadxeber.az
Şrift ölçüsü:
Azərbaycan Françayzinq Assosiasiyasının (AFA) İdarə Heyətinin sədri Camid Mövsümovun ölkədən çıxışına məhdudiyyət qoyulub. 
"SABİRABADXƏBƏR" xəbər verir ki,  buna səbəb Camid Mövsümovun rəhbərlik etdiyi şirkətlərin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə ümumilikdə 6866,54 manat vergi borcunun olmasıdır. 
İdarə tərəfindən məhkəməyə ərizə ilə müraciət edilib. Ərizəçi tələbini onunla əsaslandırıb ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün "Azərbaycan Françayzinq Assosiasiyası" İctimai Birliyinin sədri Mövsümov Camid Cabbar oğlunun 6866,54 manat vergi borcu var.
Məhkəmənin hökmü ilə Camid Mövsümovun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilib. 
Qeyd edək ki, 1986-cı il təvəllüdlü Camid Mövsümov uzun illlər ABAD publik hüquqi şəxsinin Xidmət Sahələri və Satışın Təşkili departamentinin direktoru vəzifəsində çalışıb

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva