• 18.02.2026 » 11:21

Sabiq icra başçısına yeni vəzifə verildi

Sabiq icra başçısına yeni vəzifə verildi © sabirabadxeber.az
Şrift ölçüsü:
Naxçıvan Muxtar Respublikasının Babək Rayon İcra Hakimiyyətinin sabiq başçısına yeni vəzifə verilib. 
"Sabirabadxəbər.az" xəbər verir ki,  "Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi" publik hüquqi şəxsinin tabeçiliyində "Naxçıvan Avtomobil Yollarının Yaşıllaşdırılması" Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılıb. MMC-nin rəis əvəzi vəzifəsinə Hüseynəliyev Elçin Məmməd oğlu təyin edilib. 
Bu barədə "Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi" publik hüquqi şəxsin İdarə Heyəti sədr vəzifələrini müvəqqəti icra edən Nihad Qurbanov əmr imzalayıb.
Qeyd edək ki, Elçin Hüseynəliyev 2005-2016-ci illər ərzində Naxçıvan Muxtar Respublikasının Babək Rayon İcra Hakimiyyətinin başçısı olub. O, uzun müddət "Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi" publik hüquqi şəxsin İdarə Heyəti sədrinin köməkçisi vəzifəsində çalışıb. 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva