• 12.02.2026 » 17:20

Nazir bu Mərkəzlərin direktorlarını işdən çıxardı - Yeni təyinatlar

Nazir bu Mərkəzlərin direktorlarını işdən çıxardı - Yeni təyinatlar © sabirabadxeber.az
Şrift ölçüsü:

Kənd Təsərrüfatı Nazirliyibnin bir sıra Dövlət Aqrar İnkişaf Mərkəzlərinin direktorları vəzifəsindən azad edilib.

"Sabirabadxəbər.az" xəbər verir ki, bu dəyişikliklər Qəbələ, Balakən, Nefçala və Hacıqabul Aqrar İnkişaf Mərkəzlərini əhatə edir.

* Qəbələ Dövlət Aqrar İnkişaf Mərkəzi: 2016-cı ildən direktor olan Əhmədov Rahib Səhrab oğlu vəzifəsindən azad edilib. Onun yerinə Ağayev Namiq Tofiq oğlu direktor əvəzi təyin olunub.

* Balakən Dövlət Aqrar İnkişaf Mərkəzi: 2016-cı ildən direktor olan Şərifov Məhəmməd Şirin oğlu işdən çıxarılıb. Direktor əvəzi vəzifəsinə Səmədov Elvin Rafiq oğlu gətirilib.

* Nefçala Dövlət Aqrar İnkişaf Mərkəzi: 2024-cü ildən direktor olan Əsədov Elsevər Cəmaləddin oğlu vəzifəsindən azad olunub. Əvəzində Əhmədli Miradil Hacımirələkbər oğlu direktor əvəzi təyin edilib.

Qeyd edək ki, 2025-ci ilin dekabrında mənimsəmə faktına görə, Hacıqabul Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Abuzərov Ariz Arif oğlu vəzifəsindən azad olunub. O, 2021-ci ildən sözügedən vəzifəni tuturdu. Yeni direktor əvəzi vəzifəsinə Quliyev Elşən Rəsul oğlu təyin edilib.

Bu barədə nazir Məcnun Məmmədov müvafiq əmr imzalayıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva