• 28.02.2026 » 12:03

XİN İsraildəki Azərbaycan vətəndaşlarına müraciət etdi

XİN İsraildəki Azərbaycan vətəndaşlarına müraciət etdi © sabirabadxeber.az
Şrift ölçüsü:

Azərbaycan Xarici İşlər Nazirliyi İran ətrafında müşahidə olunan mövcud gərginlik fonunda ölkə vətəndaşlarını İsrailə səfərdən çəkinməyə çağırır.


"Sabirabadxəbər.az" xəbər verir ki, bununla bağlı XİN "X" hesabında paylaşım edib.


Paylaşımda deyilir:


"Hazırda İsraildə olan vətəndaşlarımızdan təhlükəsizlik vəziyyətini diqqətlə izləmələri, yerli hakimiyyət orqanlarının göstəriş və tövsiyələrinə riayət etmələri, kütləvi toplaşma yerlərindən uzaq durmaları və şəxsi təhlükəsizlik tədbirlərini gücləndirmələri xahiş olunur.


Hər hansı bir fövqəladə vəziyyət ilə bağlı vətəndaşlarımızın Azərbaycan Respublikasının İsrail Dövlətindəki Səfirliyi ilə aşağıdakı vasitələrlə əlaqə saxlamaları xahiş olunur:


Əlaqə vasitələri:


Azərbaycanın İsrail Dövlətindəki Səfirliyi


telaviv@mission.mfa.gov.az


+972 54 539 77 88"

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva