• 28.02.2026 » 12:00

XİN Azərbaycan vətəndaşlarını İrana səfər etməkdən çəkinməyə çağırıb

XİN Azərbaycan vətəndaşlarını İrana səfər etməkdən çəkinməyə çağırıb © sabirabadxeber.az
Şrift ölçüsü:

İran İslam Respublikasında təhlükəsizlik vəziyyətinin gərginləşdiyi nəzərə alınaraq, Azərbaycan vətəndaşlarını İrana səfər etməkdən çəkinməyə, hazırda İran ərazisində olan Azərbaycan vətəndaşlarına isə yerləşdikləri bölgədən asılı olaraq İranı Azərbaycan və ya Türkiyə ərazisindən tərk etməyə çağırırıq".


"Sabirabadxəbər.az" xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin məlumatında bildirilib.


"Həmçinin vətəndaşlarımızdan təhlükəsizlik tədbirlərinə riayət etmələri, kütləvi toplaşma yerlərindən uzaq durmaları, yerli hakimiyyət orqanlarının göstərişlərinə əməl etmələri və rəsmi məlumat mənbələrini mütəmadi izləmələri xahiş olunur. Hər hansı bir fövqəladə vəziyyət ilə bağlı vətəndaşlarımızın Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyi və Təbriz şəhərindəki Baş Konsulluğu ilə aşağıdakı vasitələrlə əlaqə saxlamaları xahiş olunur:


Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyi


tehran@mission.mfa.gov.az

+98 905 523 01 07

+98 901 884 55 31


Azərbaycan Respublikasının Təbriz şəhərindəki Baş Konsulluğu


tabriz@mission.mfa.gov.az

+98 901 414 31 57

+98 935 317 21 01", - məlumatda qeyd edilib

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva