• 27.01.2026 » 11:30

Ukrayna ordusuna əsir düşən azərbaycanlı kömək istədi

Ukrayna ordusuna əsir düşən azərbaycanlı kömək istədi © sabirabadxeber.az
Şrift ölçüsü:

Ukrayna Silahlı Qüvvələri tərəfindən əsir götürülən şəxslər arasında Azərbaycan vətəndaşı da var.

“Sabirabadxəbər.az” “Musavat.com”a istinadən xəbər verir ki, bu barədə Ukrayna jurnalisti Yuri Butusov məlumat yayıb.

Əsir düşən şəxs 1982-ci il təvəllüdlü Əhmədov Azər Arzuman oğludur. Onun Rusiya ordusunun tərkibində döyüşdüyü bildirilir.

Paylaşıma Azər Əhmədovun Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı videomüraciət də əlavə edilib. Müraciətdə Ukrayna ərazisində əsirlikdə saxlanılan azərbaycanlı vətəndaşın vətənə qaytarılması üçün rəsmi Bakının vasitəçilik göstərməsi xahiş edilir: “Gəncədə anadan olmuşam, Sankt-Peterburqda yaşayıram. Səhv, axmaqlıq edib Rusiya Federasiyası ilə müqavilə bağlamışam. Mən əsir düşmüşəm. Xahiş edirəm ki, məni Ukraynadan çıxarasınız. Anam tək qalıb, başqa heç kimim yoxdur. Mənə vətənimə qayıtmağım üçün köməklik göstərin”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva