• 17.02.2026 » 09:33

16 yaşlı boksçunun ölümü prokurorluqda araşdırılır

16 yaşlı boksçunun ölümü prokurorluqda araşdırılır © sabirabadxeber.az
Şrift ölçüsü:

III MDB Oyunlarında bürünc medal qazanan boksçu 16 yaşlı Əli Ruşanovun ölümü ilə bağlı araşdırma aparılır.

" Sabirabadxəbər.az" “Qafqazinfo” ya istinadən xəbər verir ki, yeniyetmə idmançının məşq zamanı həyatını itirməsi faktı ilə bağlı Xətai Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.

Faktla bağlı müvafiq ekspertizalar təyin edilib.

Azərbaycan Boks Federasiyasından bildirilib ki, fevralın 14-ü iki yeniyetmə boksçu - Vaqif Rüfət oğlu Məhəmmədli və Əli Fazil oğlu Ruşanov arasında şəxsi məşqçilərinin istəyi ilə sınaq döyüşü (sparrinq) keçirilib.

6-7 dəqiqə davam edən sparrinq zamanı Əli Ruşanov huşunu itirərək yerə yıxılıb. Dərhal təcili yardım briqadası müdaxilə edib və o, 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılsa da, orada vəfat edib.

Vaqif Məhəmmədli və Əli Ruşanov yaxın günlərdə keçiriləcək yeniyetmələr arasında Azərbaycan çempionatına hazırlaşmaq üçün məşqçiləri ilə birgə Bakıya gəliblərmiş

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva