• 16.02.2026 » 09:30

İsveçrə hökumətinin Emin Hüseynovla bağlı Azərbaycandan xahişi...

İsveçrə hökumətinin Emin Hüseynovla bağlı Azərbaycandan xahişi... © sabirabadxeber.az
Şrift ölçüsü:

"Xatırlayıram ki, Emin Hüseynov İsveçrənin Azərbaycandakı səfirliyində 10 ay gizləndikdən sonra onun ölkədən çıxarılması üçün İsveçrə hökuməti Azərbaycan hökuməti ilə danşıqlara keçmişdi”.

“Sabirabadxəbər.az” xəbər verir ki, bu açıqlama ilə siyasi şərhçi Yeganə Hacıyeva çıxış edib. O, bildirib ki, İsveçrənin" Tagesanzeiger" saytının həmin vaxt yazdığı xəbərə görə , Emin Hüseynov Azərbaycanı İsveçrə Xarici İşlər Nazirliyinin nümayəndəsi Didye Burkhalterin müşayiəti ilə tərk edib:

“Nəşr həm də yazırdı ki, Hüseynovun azad edilməsi İsveçrə hökumətinə bütün digər kənar xərclərdən başqa , təxminən 200.000 AZN məbləğində vergi borcunun ödənilməsi hesabına başa gəlib.

Yəni İsveçrə hökuməti İsveçrə vergi ödəyicilərinin hesabına xaricdə uzun illər qrant alıb, vergisini ödəməyən birinin vergi borclarını bağlamışdı.

Əvəzində Emin Hüseynov İsveçrə hökuməti qarşısında Azərbaycan vətəndaşlığından imtina etmək kimi öhdəlik də götürmuşdü.

Məsələnin absurdluğu həm də onda idi ki, İsveçrə hökuməti Azərbaycan hökumətindən bu faktın gizli qalmasını xahiş etmişdi.

İndi məncə, İsveçrənin Bakıdakı səfirliyindən soruşmaq lazımdır ki, Emin Hüseynovun hansı xidmətlərinə görə onun vergi borcları İsveçrənin vergi ödəyicilərinin hesabına ödənilmişdi?  Emin Hüseynovun karyerasında və sonrakı fəaliyyətində İsveçrə dövlətinin rolu hansıdır?”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva