• 15.02.2026 » 20:54

Cüdoçularımız Parisi fəth etdilər: Medal sıralamasında tarixi nəticə

Cüdoçularımız Parisi fəth etdilər: Medal sıralamasında tarixi nəticə © sabirabadxeber.az
Şrift ölçüsü:

Azərbaycan cüdoçuları növbəti yarışda da ölkəmizi layiqincə təmsil etdilər. Bu dəfə idmançılarımız Fransanın paytaxtı Parisdə keçirilən nüfuzlu Böyük Dəbilqə turnirində uğurlu çıxışla yadda qaldılar. Beynəlxalq Cüdo Federasiyasının təqviminə uyğun olaraq, fevralın 7-8-də baş tutan yarış cüdo dünyasında "kiçik dünya çempionatı" kimi dəyərləndirilir. Azərbaycan yığması bu mötəbər turnirdə ciddi nəticələr əldə edərək yalnız cüdonun vətəni Yaponiya idmançılarından geri qaldı.

"Sabirabadxəbər.az"  xəbər verir ki, mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

Parisə səkkiz cüdoçu ilə

İki gün davam edən Paris Böyük Dəbilqəsində ümumilikdə 82 ölkədən 526 idmançı qüvvəsini sınadı. Azərbaycan komandası bu yarışda geniş heyətlə təmsil olunmasa da, turnirə kifayət qədər iddialı idmançılarla qatıldı. Yığmamız kişilərdən ibarət milli komandanın baş məşqçisi Riçard Trautmanın rəhbərliyi, böyük məşqçilər Elxan Məmmədov və Slavko Tekiçin dəstəyi ilə beş çəki dərəcəsində səkkiz cüdoçu ilə mübarizə apardı.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva