• 14.02.2026 » 10:50

Mürsəl Zeynalov vəfat edib

Mürsəl Zeynalov vəfat edib © sabirabadxeber.az
Şrift ölçüsü:

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Təchizat İdarəsinin keçmiş rəisi, ədliyyə polkovnik-leytenantı Mürsəl Zeynalov vəfat edib.

"Sabirabadxəbər.az"   xəbər verir ki, bu barədə “Yeni Sabah”a onun yaxınları məlumat verib.

M.Zeynalov qəfil ürəktutmasından dünyasını dəyişib.

Mərhum Sabunçu rayonunun Nardaran qəsəbə qəbiristanlığında dəfn olunacaq.

Qeyd edək ki, Mürsəl İslam oğlu Zeynalov 1968-ci ildə Qərbi Azərbaycanın Göyçə mahalında anadan olub. Uzun illər daxili işlər orqanlarında çalışıb. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin Yol-patrul xidməti alayının komandir müavini və Sabunçu Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsində inzibati təcrübə üzrə baş inspektor vəzifələrində işləyib. 2016-cı ildə ərizə yazaraq işdən çıxıb.

Daha sonra Ədliyyə Nazirliyi sisteminə keçib. Penitensiar Xidmətin Konvoy Taborunun qərargah rəisi və Təchizat İdarəsinin rəisi olub.

2023-cü ilin avqust ayında qurumun Təchizat İdarəsinin vəzifəsindən azad olunub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva